image-n1karobka_ads
image-123
image-img-20251113-wa0033backend

Belarusiyanın turizm şirkətləri Azərbaycanda tanışlıq səfərində olub – FOTO

image-ad_qayo_720x110px

7-13 noyabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Belarusiyadan olan 10 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

Doğru.az xəbər verir ki, iştirakçılar Azərbaycanın qış turizm imkanları ilə tanış olub, “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində təqdim olunan xidmətləri görüb, eləcə də Qusar, Qəbələ, İsmayıllı və Quba bölgələrinə səfər ediblər.

Səfər çərçivəsində yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycanı cəlbedici turizm destinasiya kimi tanıtmaq məqsədilə 40-dan çox yerli turizm sənayesi nümayəndəsi ilə Belarusiyanın turizm şirkətləri arasında B2B görüşlər keçirilib.

Qeyd edək ki, 2025-ci ilin 10 ayı ərzində Belarusiyadan Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 23 229 nəfərə çatıb.

DOĞRU.AZ

image-img-20251113-wa0030 image-img-20251113-wa0029 image-img-20251113-wa0034 image-img-20251113-wa0032 image-img-20251113-wa0031 image-img-20251113-wa0035 image-img-20251113-wa0037 image-img-20251113-wa0036

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki