image-n1karobka_ads
image-123
image-fotojet-2023-02-22t091122-178backend

Benzema Messinin rekordunu təkrarlayıb

image-ad_qayo_720x110px

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.

  36 yaşlı hücumçu buna İngiltərədə “Liverpul”a 5:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda nail olub.

Görüşdə dubl edən fransalı forvard ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Daha əvvəl bunu yalnız Argentina yığmasının üzvü Lionel Messi edib. Hər iki oyunçu 2005/2006 mövsümündən Çempionlar Liqasında qol vurub.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı martın 15-də İspaniyada olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki