image-2000x150px
image-637863266e5d1637863266e5d21668834086637863266e5cf637863266e5d0-1backend

Bərdə və Salyanda narkotik əməliyyatı: Səkkiz nəfər saxlanıldı – FOTO

image-728x90px

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və quldurluq əməli törətməkdə şübhəli bilinən ümumilikdə səkkiz nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qax rayon sakini, əvvəllər məhkum edilmiş İsmayıl Həmidov saxlanılıb. Onun üzərinə şəxsi baxış keçirilən zaman polietilen bükümlərdə qablaşdırılmış təmiz çəkisi iki kiloqram 235 qram olan heroin və təmiz çəkisi 540 qram olan marixuana aşkar edilərək götürülüb. İ.Həmidovun əlbir olduğu şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin şöbə əməkdaşlarının keçirdikləri ardıcıl tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha altı nəfər də saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində ümumilikdə dörd kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr aşkar edilərək götürülüb.

Bundan başqa rayon ərazisində qadına qarşı quldurluq əməli törədən bir nəfər də tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən beş nəfər – Salyan rayon sakinləri Rabil Dadaşov, Mahir Məmmədov,  Hüseyn Xəlilov, Pərviz Məmmədov və Biləsuvar rayon sakini Cabir Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə narkotik vasitə olan heroin, tiryək, psixotrop maddə olan metamfetamin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.

 

 

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki