image-2000x150px
image-123
image-ads_atlas
image-ap21163637840720-pic_32ratio_900x600-900x600-13998backend

Bezosun Amazon səhmlərinin satışından nə qədər milyardlar qazandığı məlum olub

image-728x90px

Amazon-un qurucusu Ceff Bezos 2025-ci il yanvarın sonuna qədər həyata keçirməyi planlaşdırdığı şirkətin 50 milyon səhminin satışını tamamilə başa çatdırıb. Satılan qiymətli kağızlar paketinə görə milyarder 8,5 milyard dollar alıb.

Bunu milyarderin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi 4-cü hesabat forması sübut edir.

SEC sənədlərinə görə, 15-16 fevral tarixlərində Bezos təxminən 14 milyon Amazon səhmini bir səhm üçün 167-170,9 dollar qiymətinə satıb. Bu, ona satılan qiymətli kağızların ümumi sayını hədəf 50 milyona çatdırmağa imkan verdi.

Bu sayda səhmin satılması planı Bezos tərəfindən 2023-cü ilin noyabrında açıqlanıb. Mütəxəssislər bu qərarı milyarderin Vaşinqtondan sərmayə vergisinin az olduğu Floridaya köçməsi ilə əlaqələndirirlər.

Sövdələşmə başa çatdıqdan sonra Bezosun sərvəti 188,4 milyard dollar qiymətləndirilir.O, Forbes reytinqində 3-cü yerdədir. İlin əvvəlindən Amazonun səhmləri 1,4% ucuzlaşıb.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki