image-2000x150px
image-123
image-ads_atlas
image-903b9b7f-b376-375d-8492-a3e74c32d2ca_850backend

Biləsuvarın 2 min əhalisi olan kəndi susuz qalıb

image-728x90px

Biləsuvarın 2 min əhalisi olan Təzəkənd kəndində su problemi yaranıb.

Bu barədə kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, içməli suyu pulla xüsusi maşınlardan alırlar: “İllərdir ki, əkinçiliklə məşğuluq. Lakin əkin sahələrimizi suvara bilmirik. Su bol olanda, məhsulumuz da bol olur. Məhsul az olduğu üçün borcları ödəyə bilmirik”.

Məsələ ilə bağlı Cənub Muğan kanalı istismar idarəsindən “Report”un yerli bürosuna bildirilib ki, problem qısa müddət ərzində həll olunacaq: “Araz çayında suyun səviyyəsi kəskin azaldığı üçün bu problem yaranıb. Yaxın vaxtlarda problem həll olunacaq”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki