image-n1karobka_ads
image-123
image-17543983782142859895_1200x630backend

“Bilik Karvanı” aksiyası başladı – FOTO

image-ad_qayo_720x110px

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” aksiyasına start verilib.

Doğru.az xəbər verir ki, aksiya “ASAN Könüllüləri” Təşkilatı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə həyata keçirilir və 15 Sentyabr – Bilik Gününə həsr olunub. Layihə çərçivəsində 6-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzularının reallaşdırılması nəzərdə tutulur.

Avqustun 21-dək davam edəcək aksiyada vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşaraq məktublarla tanış ola və öhdəlik götürə bilərlər.

“Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın müxtəlif bölgələrində 300-dən çox uşağa məktəb çantası, ləvazimat, kitab və digər hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, “ASAN Məktub” proqramı çərçivəsində bu günə qədər 10 mindən çox uşağın arzusu gerçəkləşdirilib.

DOĞRU.AZ

image-17543983785590644885_1200x630 image-17543983781532052469_1200x630 image-1754398378333911262_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki