image-2000x150px
image-1-esas_1671550036backend

Bir sıra apellyasiya məhkəmələrində yeni hakimlər olacaq – SİYAHI

image-728x90px

Milli Məclisin iclasında Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilməsi məsələsinə baxılıb.

 “Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihələr Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərov vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin isə vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif olunur.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudovun vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin isə aşağıdakı şəxslər olması göstərilib:

– Rəhimli Lalə Elxan qızı – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi;

– Cabbarova Gülnar İnqilab qızı – Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi;

– İsmayılov Azər İbrahim oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi;

– Süleymanova Almaz Məhərrəm qızı – Sumqayıt Şəhər Məhkəməsinin hakimi;

Layihəyə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızı vəzifələrindən azad edilir.

Bundan əlavə, aşağıdakı şəxslər də Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunur:

– Səmədov Xəqani Hacı oğlu – Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi;

– Mehdiyev Elçin Məhəmməd oğlu – Şəki Rayon Məhkəməsinin hakimi;

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasməmmədov, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahit Fehruz oğlu, Şirvan İnzibati Məhkəməsinin hakimi Həsənov Samir Firdovsi oğlu və Biləsuvar Rayon Məhkəməsinin hakimi Əhmədov Pərviz Tərlan oğlu Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.

Bundan başqa Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin edilməsi də müzakirəyə çıxarılıb. .

Sənədə əsasən, aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilir:

– Allahverdiyev Elbəy Hidayət oğlu – Bakı Hərbi Məhkəməsinin hakimi;

– Hüseynov Pərviz Aktiv oğlu – Bakı İnzibati Məhkəməsinin hakimi;

– Qasımov Fərrux Hüseynağa oğlu – Bakı Kommersiya Məhkəməsinin hakimi;

– Abdıyev Fuad Vilayət oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

– Rüstəmli Məhəmməd Əli oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

– Bəhrəmzadə Sabit Xanlar oğlu – Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi;

– Musayeva Cəmilə Ceyhun qızı – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

– Səmədov Rəşid Əfraim oğlu – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

– İbrahimov Anar Firdovsi oğlu – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi;

– Axundova Günay Təyar qızı – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

– Əyyubov Fərid İlham oğlu – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan İlham Məmməd oğlu Cəfərov da həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad olunur:

– Kərimli İlham Əziz oğlu;

– Qasımov Faiq Adil oğlu;

– Məhərrəmova Şeyda Ədalət qızı.

Layihələr səsverməyə çıxarılaraq qəbul edilib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ