image-2000x150px
image-123
image-ads_atlas
image-rtx5eye8-pic905-895x505-34147backend

Boliviya və Rusiya litium müqavilələrini genişləndirə bilər

image-728x90px

Boliviya və Rusiya yan məhsul mineralların və metalların istehsalını da daxil etmək üçün litium müqaviləsini genişləndirmək niyyətindədir.

Bu barədə “RİA Novosti”yə Yacimientos de litio bolivianos (YLB) prezidenti Karlos Ramos məlumat verib.

“Biz istehsal zəncirinin böyük bir hissəsini əhatə etmək istəyirik. Biz bilirik ki, duzlu bataqlıqlar təkcə litium deyil, onların tərkibində maqnezium, natrium, kalium, sənayedə də istifadə oluna biləcək müxtəlif elementlər var”, – deyə Ramos bildirib.

Onun sözlərinə görə, hazırda diqqət litiumun üzərindədir, çünki onun əlavə dəyəri ən yüksəkdir. Bununla belə, başqa təkliflər də var, ona görə də kommersiya baxımından digər faydalı resursları çıxarmaqla istehsal prosesini təkmilləşdirmək mümkündür.

O əlavə edib ki, Rusiya və Boliviya tərəfləri digər məhsulların çıxarılması üçün investisiya imkanlarını qiymətləndirdikdən sonra razılığa gəlməlidirlər.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki