image-ads_n1karobka_mobile
image-7165fa54428c29d7ab9a17ceffb4b8d7backend

Bölmə rəisi piyadanı vurub öldürdü – FOTO

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

Doğru.Az “Report”a istinadla məlumatına görə, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində – Aşağı Quşçu kəndinin yaxınlığında olub.

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Araşdırma aparılır.

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a təsdiqlənib.

1659937986.53090649_2848339675392198_4806449827384655872_n.jpg (45 KB)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki