image-n1karobka_ads
image-123
image-69560619ae5ac94d183642f2backend

Bolqarıstan rəsmi olaraq avroya keçdi

image-ad_qayo_720x110px

Avropa Komissiyasının mətbuat xidməti Bolqarıstanın rəsmi şəkildə milli valyuta olan levdən avroya keçdiyini açıqlayıb.

Doğru.az xəbər verir ki, keçid dövrü çərçivəsində bir ay ərzində lev avro ilə yanaşı dövriyyədə qalacaq, bundan sonra isə tamamilə dövriyyədən çıxarılacaq.

Beləliklə, Bolqarıstan avrozonaya daxil olan 21-ci ölkə olacaq.

Bolqarıstanın Baş naziri Rosen Jelyazkov avroya keçidin ölkə üçün strateji seçim olduğunu bildirib və bu addımın iqtisadi sabitliyə töhfə verəcəyini vurğulayıb.

Eyni zamanda, bolqar siyasətçi Kosta Stoyanov SPIEF çərçivəsində jurnalist Çay Bose ilə müsahibəsində qeyd edib ki, Avropa İttifaqı mövcud böhran fonunda Bolqarıstanın avrozonaya qoşulmasında israrlıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki