image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-11-18t191952-030backend

 Borca görə Göygölün iki kəndinin suyu müvəqqəti dayandırıldı

image-728x90px

Göygöl rayonunun Hacıməlik qəsəbəsi və Mollacəlilli kəndində sakinlərin içməli suya görə xeyli miqdarda borcu yarandığı üçün bu yaşayış məntəqələrinin su təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə “Azərsu” məlumat yayıb.

Bildirilib ki, debitor borcun ödənilməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq edilsə də, onların böyük əksəriyyəti yenə də öhdəliklərini yerinə yetirməyib.

Buna görə də abonentləri ödənişə cəlb etmək üçün zəruri tədbir kimi su təchizatının dayandırılmasına qərar verilib və bu barədə icra orqanları, bələdiyyələr əvvəlcədən məlumatlandırılıb.

Göygöl rayonunun Hacıməlik qəsəbəsi və Mollacəlilli kəndində sakinlərin istifadə etdikləri suya görə ümumilikdə 147 min manat debitor borcu yaranıb. Hacıməlik qəsəbəsində 312 abonentin cəmi 43-ü xidmət haqlarını ödəyir. Xidmət haqqını ödəməyən 269 abonentin içməli suya görə 74 698 manat (bir abonentə orta hesabla 278 manat) borcu yaranıb.

Mollacəlilli kəndində isə 416 abonentdən cəmi 56-sı xidmət haqqını ödəyir. Digər 360 abonentin isə 72408 manat debitor borcu (bir abonentə orta hesabla 201 manat) mövcuddur.

Qeyd edək ki, yaşayış məntəqələrinin mövcud su təchizatı sistemləri borclu abonentlərin su təminatının fərdi şəkildə dayandırılmasına imkan vermir. Bunlar nəzərə alınaraq xidmət haqqını vaxtında ödəyən abonentlər fərdi qaydada sudaşıyan maşınlarla içməli su ilə təmin edilir və bu məqsədlə 18 tonluq su maşınları ayrılıb.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki