image-2000x150px
image-boschbackend

“Bosch” Rusiyadakı zavodlarını satışa çıxardı

image-728x90px

Alman məişət texnikası istehsalçısı “Bosch” Rusiya Federasiyasında öz zavodlarını satmağı planlaşdırır – bunun üçün alıcı axtarılır.

Bu barədə “Kommersant” mənbələrə istinadla məlumat yayıb.

Artıq bir çox pərakəndə satıcılar “Bosch”un Rusiyadakı aktivləri ilə maraqlanır. Bununla belə, potensial alıcılar obyektlərin göstərilən dəyərini çox yüksək hesab edərək narazı qalıblar.

“Bosch” şirkətinin Rusiya Federasiyasındakı bölməsi olan “OOO BSH” Rusiyada məişət texnikası – paltaryuyan maşın və soyuducu istehsal edir. Sankt-Peterburq yaxınlığındakı Strelna kəndindəki iki müəssisəsi üçün alıcı tapmaq niyyətindədir. Komponentlərin əksəriyyəti zavodlara Avropa İttifaqından tədarük edilib.

“Bosch” texnologiyaları üzrə ixtisaslaşmış müəssisələr zavodları 3,8-4,4 milyard rubl arasında qiymətləndirirlər. Hazırda işləmir, onlar daha ucuzdur.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki