image-2000x150px
image-123
image-ads_atlas
image-92fe30e5-a804-37e4-b0df-67e2d99eb90e_850backend

Böyük Dəbilqə: Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır

image-728x90px

Azərbaycanın üç cüdoçusu bu gün Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) – Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq-da mübarizə aparan Yaşar Nəcəfov eyni raundda An Cehonq (Cənubi Koreya) – Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq.

73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki