image-n1karobka_ads
image-123
image-depositphotos_5399129_l-2015-pic905-895x505-48914backend

Braziliya Argentinaya ikitərəfli ticarətdə dolları yuanla əvəz etməyi təklif edir

TASS xəbər verir ki, Braziliyanın maliyyə naziri Fernando Addad ölkəsinin Argentinaya ikitərəfli ticarətdə zəmanət aləti kimi Çin yuanından istifadə etməyi təklif etdiyini açıqlayıb.

“Biz artıq Argentina hökumətinə Braziliya ixracına xaricdən yuanla zəmanət vermək təklifini təqdim etmişik” dedi.

Nazirin sözlərinə görə, söhbət ticarət əməliyyatları üçün zamin qismində çıxış edən dövlət bankı Banco do Brasildən gedir.

O, həmçinin qeyd edib ki, belə bir sxem milli biznesin maraqlarını təmin edir və tənzimləyicinin tələblərinə cavab verir.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki