Cənubi Amerika Braziliyasının Mədən və Energetika naziri Aleksandr Silveyra Rosatom ilə birgə kiçik atom elektrik stansiyalarının tikintisini elan edib.
“Putin Rosatom-a qısa müddətdə Braziliya hökuməti ilə əməkdaşlığa başlamağı tapşırdı ki, biz kiçik nüvə reaktorlarının yaradılmasına keçə bilək”, – TASS onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin Rusiya ilə atom elektrik stansiyasının birgə tikintisində maraqlı olduğunu qeyd edib.
DOĞRU.AZ