image-n1karobka_ads
image-123
image-neft_newbackend

Brent markalı neftin birja qiyməti martın sonundan bəri ilk dəfə olaraq bir barel üçün 75 dollardan aşağı düşüb

Səhər ticarəti zamanı Şimal dənizi Brent markalı neftin qiyməti bir barel üçün 75 dollardan aşağı düşüb – bu il martın 27-dən belə kotirovkalar qeydə alınmayıb.

Bunu ICE London Fond Birjasının məlumatları sübut edir.

Moskva vaxtı ilə saat 10:51-ə olan məlumata görə, Brent markalı neftin qiyməti bir barel üçün 74,88 dollara düşüb ki, bu da əvvəlki ticarət sessiyasının bağlanışında olan qiymətlərdən 0,47% geri qalıb. Eyni zamanda, Moskva vaxtı ilə saat 11:00-a yaxın kotirovkalar enməkdə davam etdi və o vaxta qədər 0,57% azalaraq 74,8 dollar səviyyəsində idi.

Eyni zamanda, Amerika neft markası West Texas Intermediate (WTI) kotirovkaları bu gün daha böyük eniş göstərdi. Moskva vaxtı ilə saat 11:00-a qədər bu növ yanacağın iyunda çatdırılması üçün fyuçerslərin dəyəri 0,92% azalaraq bir barel üçün 70,98 dollara düşüb.

Mənbə: GAZETA.RU

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki