Brent markalı neftin bir barelinin qiyməti oktyabrın sonundan bəri ilk dəfə olaraq 61 dollardan aşağı düşüb.
Doğru.az xəbər verir ki, bunu hərrac məlumatları göstərir.
Həmçinin WTI markalı neftin yanvar fyuçerslərinin 2,56% ucuzlaşdığı və qiymətin 57,41 dollar səviyyəsinə endiyi bildirilir.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak yanacağın topdansatış qiymətlərində azalma müşahidə olunduğunu qeyd etmişdi.
DOĞRU.AZ




























