London Fond Birjasında Brent markalı xam neftin qiyməti 19 dekabr 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 60 dollardan aşağı enib.
Doğru.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, Moskva vaxtı ilə saat 07:39-da Brent markalı neftin qiyməti 59,97 dollar/barel səviyyəsinə düşüb. Saat 07:51-ə olan məlumata görə isə qiymət enişi qismən azaldaraq 60,06 dollar/barel təşkil edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-a 30–50 milyon barel yüksək keyfiyyətli neft tədarük edəcəyini açıqlamışdı.
Bundan başqa, “Politico” nəşri yazıb ki, ABŞ Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezdən neftin ABŞ-ın rəqiblərinə satışının dayandırılmasını tələb edir.
DOĞRU.AZ




























