image-n1karobka_ads
image-123
image-687cfa6eae5ac96b640c4471backend

Britaniya Çin avtomobillərinin əsas alıcısına çevrildi

image-ad_qayo_720x110px

Britaniya, avtomobil sənayesindəki böhran fonunda, iyun ayında Çindən gələn minik avtomobillərinin əsas alıcısı olub.

Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti Çin gömrük məlumatlarına istinadla məlumat yayıb. Bildirilib ki, iyun ayında Çin istehsalı olan avtomobillərin Britaniyaya ixracı 566,5 milyon dollar dəyərində olub. Müqayisə üçün qeyd olunur ki, may ayında bu rəqəm 642,9 milyon dollar təşkil edib.

Mütəxəssislər bu artımı Britaniyada yerli avtomobil istehsalında yaşanan çətinliklərlə əlaqələndirirlər.

Qeyd edək ki, daha əvvəl “South China Morning Post” yazmışdı ki, Pekin, Avropa İttifaqının 18-ci sanksiyalar paketində iki Çin bankının hədəfə alınmasına cavab tədbirləri hazırlayır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki