image-n1karobka_ads
image-123
image-ap_19292553435979-pic_32ratio_900x600-900x600-23200backend

Britaniya ixracatçılarının Brexit səbəbindən nə qədər itirdiyi məlum olub

image-ad_qayo_720x110px

Aİ-yə mal göndərən Böyük Britaniyanın qida müəssisələri Brexit ilə bağlı bürokratiya səbəbindən üç il ərzində 170 milyon funt sterlinqdən çox əlavə xərc çəkiblər. Bu barədə The Guardian yazır.

Təkcə son 12 ay ərzində Böyük Britaniya şirkətləri sertifikatlara görə 58 milyon funt sterlinqdən çox itiriblər.Analitiklərin fikrincə, real rəqəm daha yüksəkdir. Dəyər inzibati xərclər və əlavə işçi heyətin xərclərini nəzərə almır.

Nəşr qeyd edir ki, bir sıra ixracatçılar üçün Avropa bloku ilə ticarətdə bu cür dəyişikliklər “fəlakətlidir”. Əsas zərbə kiçik sahibkarlara dəydi.

Nəticədə Böyük Britaniyadan Aİ ölkələrinə mal ixracı kəskin şəkildə azalıb. Məsələn, 2023-cü ilin sonunda ət məhsullarının tədarükü 2019-cu illə müqayisədə 17% azalaraq 1,26 milyard funt-sterlinqə düşüb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki