NATO-nun Estoniyada keçirilən təlimində Britaniya hərbçilərinə Rusiya pilotsuz təyyarələri vasitəsilə mümkün kibercasusluqla bağlı xəbərdarlıq edilib.
Bu barədə “The Times” yazır.
Rusiya pilotsuz təyyarələrinin telefonlarından şəxsi məlumatları ələ keçirə bildiyi vurğulanır. Nəşr bildirir ki, hərbi qulluqçular üçün internet və rabitədən istifadəyə ciddi məhdudiyyətlər tətbiq edilib.
Times-a görə kibercasusluq silahlarına müşahidə elektronikası və portativ telefon antenaları olan müasir dronlar daxildir. Britaniya ordusunun aviasiya eskadrilyasının əsgərlərindən biri qeyd edib ki, əsas narahatlıqlar geolokasiya məlumatlarının və mobil qurğulardan məlumatların mümkün sızması ilə bağlıdır.
Britaniya ordusu şəxsi heyəti qorumaq üçün təlimlər və əməliyyatlar zamanı yaşayış məntəqələrində telefonların buraxılması kimi tədbirlər görür. O da bildirilir ki, Estoniya əsgərləri rabitəsiz siyasəti pozmamaq üçün əməliyyatlar zamanı gölə tullanmaq məcburiyyətində qalıblar.
Mənbə: A Haber