image-n1karobka_ads
image-123
image-depositphotos_55325863_l-2015-pic905v-895x505-80045backend

Britaniya Rusiyadan almaz, mis və alüminium idxalına qadağa qoyub

TASS ölkənin baş nazirinin ofisinə istinadən xəbər verir ki, Britaniya Rusiyadan almaz, mis və alüminiumun idxalına qadağa qoyub.

“Biz bu ilin sonunda Rusiya almazlarının idxalını qanuni olaraq qadağan edəcəyik və Rusiya dəmir və poladına mövcud qadağalara əsaslanaraq, Rusiya mənşəli mis, alüminium və nikel idxalını tamamilə dayandıracağıq”, – bəyanatda deyilir.

Bundan əlavə, Britaniya Rusiyanın hərbi sənaye kompleksi, həmçinin enerji, metallurgiya və gəmiçiliklə əlaqəli 86 nəfər və şirkətə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki