image-n1karobka_ads
image-123
image-20210723_gaf_uw8_209-pic_32ratio_900x600-900x600-95556backend

Britaniyada baza inflyasiyası may ayında sürətlənib

image-ad_qayo_720x110px

Böyük Britaniyanın daxili bazarında baza inflyasiyası bu ilin may ayında gözləniləndən yüksək olub və 7,1% təşkil edib.

Bloomberg krallığın Milli Statistika İdarəsinin analitiklərinə istinadən yazır ki, yazın son ayı ərzində bu göstərici 0,3% artıb.

Söhbət ərzaq və enerji məhsullarının istehlak qiymətlərindəki dəyişikliklər nəzərə alınmadan baza inflyasiyasından gedir. Aprel ayında bu göstərici 6,8% səviyyəsində olub. Bununla yanaşı, krallıqda may ayında istehlak qiymətləri indeksi 8,7% artıb. İqtisadçılar ümumi nisbətin 8,4% olacağını və bazanın dəyişməz qalacağını gözləyirdilər.

“Böyük Britaniyada inflyasiya dördüncü aydır gözləniləndən yüksək olaraq qalır, çünki istehlakçılar artan ipoteka xərcləri ilə mübarizə aparırlar. İstehlak qiymətləri indeksi may ayında bir ay əvvəl olduğu kimi 8,7% artıb. Ərzaq və enerji istisna olmaqla baza inflyasiyası gözlənilmədən 6,8%-dən 7,1%-ə qədər sürətləndi. İqtisadçılar cəmi 8,4% olacağını və bazanın dəyişməz qalacağını gözləyirdilər.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki