Britaniyada əmlak qiymətlərinin düşməsi 2025-ci ilə qədər davam edə bilər və Qərbdə ən uzun müddət olacaq.
Bu barədə The Sunday Telegraph Oxford Economics konsaltinq şirkətinin proqnozuna istinadən yazır.
Bank faizlərinin artması səbəbindən ipoteka qiymətlərinin kəskin artması fonunda Britaniyada mənzil qiymətlərinin azalması Qərbdə ən uzun müddət davam edə bilər. Mütəxəssislərin fikrincə, qiymətlər 2025-ci ilə qədər enməkdə davam edəcək və enişin ölçüsü ötən ilin zirvələri ilə müqayisədə 11% səviyyəsində olacaq.
Nəşr əlavə edib ki, ABŞ, Fransa, Almaniya və İtaliyada daşınmaz əmlak qiymətləri bu il artmağa başlayacaq və bu müddət ən azı 2024-cü ilin sonuna qədər davam edəcək.
DOĞRU.AZ