Xalq artisti Arif Babayev “Xəzər” TV-də yayımlanan “Vaxtı gəldi” proqramına telefonla bağlanıb.
Doğru.az ” xəbər verir ki, o, sözləri ilə verilişin qonaqlarını kövrəldib:
“Uzun illərlə bu dərdi ürəyimdə gəzdirmişəm ki, o torpaqlara qayıdacammı? Doğulduğum yerə qayıdacammı? Böyük ordumuz görün nələr etdi! Şükür! Ordumuzun qarşısında baş əyirəm. Bütün Azərbaycan sevinc içindədir. Onlara baxıram, təsirlənirəm. Bəzən gözümdən yaş gəlir. Sonra özümü düzəldirəm ki, yox, bu, böyük uğurdur!”.