image-n1karobka_ads
image-123
image-1752369452513607240_1200x630backend

Bu gün 34 mindən çox abituriyent qəbul imtahanı verir

image-ad_qayo_720x110px

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. Bununla yanaşı, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər coğrafiya fənni üzrə imtahan verəcəklər.

Doğru.az xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub. İmtahan saat 10:00-da başlayır və buraxılış rejimi 09:45-də başa çatır. Bu saatdan sonra gələnlər imtahan binasına buraxılmayacaq.

İştirakçıların binaya rahat daxil olması üçün buraxılış vərəqəsində göstərilən vaxtda gəlmələri tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədlərlə gəlməlidirlər:

İmtahana buraxılış vərəqəsi

Şəxsiyyəti təsdiq edən sənədin əsli

Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün aidiyyəti icazə vəsiqəsi

Şəxsiyyət vəsiqəsində şəkli olmayanlar üçün fotoşəkilli və möhürlü arayış

 

İmtahanların təşkili üçün ümumilikdə 144 bina və 2537 zal ayrılıb. Prosesə 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı və 144 bina nümayəndəsi cəlb olunub.

Bu gün I ixtisas qrupu üzrə 24 059, IV ixtisas qrupu üzrə 5634, III ixtisas qrupu üzrə coğrafiya fənnindən imtahan verəcək 4536 nəfər olmaqla, ümumilikdə 34 229 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud 58 nəfər abituriyent də iştirak edir. Onlar üçün xüsusi zallar ayrılıb, fərdi nəzarətçilər təyin edilib, hərəkət məhdudiyyəti olan şəxslər üçün əlverişli şərait yaradılıb. Bu məqsədlə nəzarətçilər üçün xüsusi təlimlər də keçirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki