image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-26t083201-421backend

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq

image-728x90px

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XIX tura yekun vurulacaq.

Sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

İlk olaraq “Şamaxı” “Səbail”i qəbul edəcək. Bölgə təmsilçisi 13 xalla 8-ci, “dənizçilər” 10 xalla sonuncu – 10-cu pillədə qərarlaşıblar. Komandalar indiyədək Premyer Liqada 21 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıblar. Topların nisbəti isə bərabərdir – 21:21.

Turun son matçında “Sabah” “Neftçi” ilə qarşılaşacaq. Meydan sahibləri 43 xalla ikinci, “ağ-qaralar” 38 xalla üçüncü sıradadırlar. Tərəflər bu vaxtadək ölkə çempionatlarında 17 dəfə görüşüblər. Bunların 12-də “Neftçi”, 3-də “Sabah” meydanı 3 xalla tərk edib. Topların nisbətində qonaqlar aşkar üstündür – 31:13.

Azərbaycan Premyer Liqası

XIX tur

26 yanvar (cümə axşamı)

14:00. “Şamaxı” – “Səbail”

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elman Musayev

Şamaxı şəhər stadionu.

19:00. “Sabah” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Bank Respublika Arena”.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” evdə “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” səfərdə “Turan Tovuz”a 3:2, “Zirə” isə evdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki