image-n1karobka_ads
image-123
image-yagis-3backend

Bu gün yağış yağacaq

image-ad_qayo_720x110px

Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-22° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-6° isti, gündüz 6-9° isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki