Şamaxı Rayon İcra Hakimiyyətində bəzi vəzifələr ləğv edilib. Yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyətində ixtisara düşən işçilərin sayı məlum olub.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Tahir Məmmədovun imzaladığı əmrə əsasən, aparılan islahatlar nəticəsində icra hakimiyyətində 43 nəfər işdən çıxarılıb.
Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı , Bərdə Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı vəzifələrindən azad ediliblər.
DOĞRU.AZ


























