image-2000x150px
image-123
image-ads_atlas
image-40753_w95bwhigtebackend

Bu kollecdə nöqsanlar aşkarlandı, direktor əvəzi işdən çıxarıldı

image-728x90px

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev vəzifəsindən azad edilib.

Doğru.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Göyçay Rayon Prokurorluğunun 12 dekabr 2023-cü il tarixli qərarına əsasən, Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bu ilin yanvarın 29-dan etibarən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparılır.

Araşdırma zamanı sözügedən kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə Şahin Əliyev agentliyin 11 mart 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki