image-2000x150px
image-123
image-ads_atlas
image-pul-2-780x450backend

Bu məktəbdə beş ilə 56 mindən çox pul mənimsənilib

image-728x90px

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Doğru.az Daşkəsən Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Zəylik kənd tam orta məktəbindəki qanunsuzluqlarla bağlı vətəndaş müraciəti daxil olub.

Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki