image-2000x150px
image-62fd0cb388d3162fd0cb388d32166075102762fd0cb388d2f62fd0cb388d30backend

Bu rayonlarda QAZ OLMAYACAQ

image-728x90px

Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İB-dən “Doğru.Az“-a verilən məlumata görə, avqustun 18-i səhər 8-dən etibarən işlər başa çatana qədər qazın verilməsində fasilə olacaq.

Buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” Magistaral Qaz Kəmərində aşkar olunmuş qaz sızması olub.

Qaz təchizatında fasilənin olmasının digər səbəbi isə kipgəcli olan hissələrin ləğvi, həmçinin kəmərin 14-29-cu km-lər arası hissəsinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədardır.

Sabunçu rayonunun Nizami küçəsinin, Daş Karxanasının, Maştağa qəsəbəsinin Albalılıq bağ massivinin, və Savalan, Zabrat, II Zabrat (bir hissəsi) və Balaxanı qəsəbələrinin, Ramanı Südçülük sovxozunun, həmçinin Suraxanı rayonunun Yeni Suraxanı və Bülbülə qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Abonentlərdən texniki təhlükəsizlik qaydalarına riayət etməyi, qaz cihazlarını nəzarətdə saxlamağı xahiş edirik.

Müvəqqəti narahatlığa görə üzr istəyirik.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki