image-n1karobka_ads
image-123
image-221043_urrnhpqvmhbackend

Bu sahədə çalışanların maaşları iki dəfə artırılır

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir.

Doğru.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki