image-2000x150px
image-123
image-ads_atlas
image-pul-2backend

Bu şəxslərin pensiyasında artım olacaq

image-728x90px

Azərbaycanda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın şəxsin pensiyası artacaq.

Bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış “Əmək pensiyaları haqqında” dəyişiklikdə əksini tapıb.

Layihənin qəbulu nəticəsində dövlət büdcəsinə mahiyyət etibarı ilə hər hansı əlavə maliyyə yükü yaranmayacaq.

Qanunun 29.2-ci maddəsinə əsasən bu qanunun 20-ci maddəsində adı keçən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, teminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır və dövlət büdcəsindən ödənilir. Aparılan hesablamalar göstərir ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin pensiyalarının yenidən hesablanmasına xərclənən vəsaitin, bu dövrdə onların pensiyaları indeksasiya edilərdisə onda bunun üçün xərclənən vəsait ilə təxminən bərabər olması ehtimal edilir. Beləliklə, yeni metodologiya ilə 3-5 ildən bir əməkhaqqındakı artım nəticəsində qulluq stajına görə əlavələrin yenidən hesablanması üçün sərf edilən maliyyə vəsaiti hər il müəyyən proporsiyalarla həmin əlavələrin indeksləşdirilməsinə sərf ediləcək.

Layihə, hazırda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın pensiyaçını əhatə edəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki