image-n1karobka_ads
image-123
image-680151f0ae5ac967f91ca442backend

BVF rəhbəri Georgieva: Qlobal Ticarət Sistemi Yavaşlayır

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, qlobal iqtisadi artım yavaşlayır, lakin yaxın gələcəkdə tənəzzül təhlükəsi yoxdur.

“Ticarət davam edir, lakin pozulmalar xərclərlə müşayiət olunur… Bizim yeni artım proqnozlarımız qiymətlərdə əhəmiyyətli enişi ehtiva edəcək, lakin tənəzzül deyil”, – Bloomberg BVF rəhbərinin sözlərindən sitat gətirir.

O, həmçinin qeyd edib ki, qlobal inteqrasiyanın mövcud iqtisadi problemlərin səbəbi olduğuna inanmır.

Onun sözlərinə görə, məhz bu proses vasitəsilə milyonlarla insan yoxsulluqdan xilas olub və bütövlükdə dünya daha yaxşı bir yerə çevrilib.

Bundan əvvəl BVF ABŞ və Çin arasında tarif müharibəsi fonunda geosiyasi risklərin artdığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki