image-n1karobka_ads
image-123
image-2022-01-25t155643z_1786469221_rc2f6s9ayxll_rtrmadp_3_imf-economy-britain-pic_32ratio_1200x800-1200x800-15089backend

BVF və Ukrayna 900 milyon dollarlıq tranş haqqında razılığa gəliblər

Beynəlxalq Valyuta Fondunun Ukrayna missiyasının rəhbəri Qavin Qrey bildirib ki, icraçı şura yaxın həftələrdə Ukraynaya 900 milyon dollar məbləğində maliyyə yardımı tranşını təsdiq edə bilər.

Bu barədə Fondun saytında məlumat verilib.

“BVF və Ukrayna səlahiyyətliləri Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi çərçivəsində ilk baxışla bağlı işçilər səviyyəsində razılığa gəliblər… icra şurasının müzakirələrinə zəmin yaradacaq ki, bu da təxminən 900 milyon dolların transferini mümkün edəcək”.

Martın 31-də Beynəlxalq Valyuta Fondunun icraçı şurası Ukraynaya dörd illik 15,6 milyard dollar kreditin ayrılmasını təsdiqləyib.Belə ki, kredit ölkəyə “təcili maliyyə ehtiyaclarını ödəməyə” kömək etməlidir.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki