Qarabağ və Şərqi Zəngəzurda keçirilən möhtəşəm Novruz festivalı yadda qalan anlarla tarixə çevrildi. Baharın gəlişi bu il xüsusilə fərqli hiss olundu.
Doğru.az xəbər verir ki, ənənələrin, milli musiqinin, rəqsin və sevincin bir araya gəldiyi festivalda bayram ab-havası hər kəsi öz təsiri altına aldı. Xüsusilə Cəbrayıl rayonunda keçirilən tədbirlərdə baharın gəlişi böyük coşqu ilə qeyd olundu.
Tədbir iştirakçıları üçün bu bahar yalnız təbiətin oyanışı deyil, həm də Qarabağın ruhunun yenidən dirçəlişinin simvoluna çevrildi. Bayram tonqalları alovlandı, milli musiqilər səsləndi, insanlar birlik və həmrəylik içində Novruzu qarşıladı.
Qeyd edək ki, builki Novruz şənlikləri Qarabağ torpaqlarında keçirilməsi ilə xüsusi əhəmiyyət daşıyıb və iştirakçılar tərəfindən böyük qürur hissi ilə qarşılanıb.
Bahar yeniliyin, ümidin və yenidən doğuluşun rəmzidir. Bu bayramın Qarabağda qeyd olunması isə həmin ümidlərin gerçəyə çevrildiyini bir daha göstərir.
Bayramınız mübarək!


























