image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_240032650_l-2015-pic905-895x505-19425backend

Cek Ma ilə Pekin arasındakı münaqişə nəticəsində Ant Group və Alibaba şirkətlərinin böyük itkiləri məlum olub

image-728x90px

“Bloomberg” öz hesablamalarına istinadən xəbər verir ki, Çinin milyarder Cek Ma tərəfindən təsis edilmiş “Ant Group” və “Alibaba” şirkətləri iş adamı ilə hakimiyyət arasındakı münaqişə nəticəsində 850 milyard dollardan çox itirib.

Agentlik xatırladıb ki, milyarder təxminən üç il əvvəl Çin tənzimləyicisini tənqid edərkən biabır olub. Bundan sonra onun fintech startapı Ant Group-un IPO-su ləğv edildi və İT nəhəngi Alibaba altı hissəyə bölünməyə qərar verdi.

Bloomberg-in məlumatına görə, Ant Group dövlət bankları ilə rəqabətdən imtina edərək və bəzi iqtisadi əməliyyatlarını dayandıraraq biznes modelinə yenidən baxmalı olub. Bu səbəbdən şirkətin təxmin edilən dəyəri 315 milyard dollardan 78,5 milyard dollara düşüb.İT sektoruna nəzarəti gücləndirmək qərarına gələn Çin hakimiyyətinin diqqət mərkəzində olduğu üçün Alibaba-nın özü də ciddi təsirə məruz qalıb.

Agentliyin analitikləri hesab edir ki, Alibaba-nın səhmləri Ant ilə bağlı aparılan istintaqın sona çatması fonunda 8% artıb və şirkətin hazırda dəyəri təxminən 234 milyard dollardır.Lakin bu, şirkətin 2020-ci ildəki pik dəyərindən 620 milyard dollar azdır.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki