image-n1karobka_ads
image-123
image-calalbackend

Cəlal Qurbanov itlərin hücumuna məruz qaldı – Vəziyyəti ağırdır

Nəğməkar-şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.

Yaxınlarının “Qafqazinfo”ya verdiyi xəbərə görə, hadisə səhər saatlarında Novxanı ərazisində baş verib.

C. Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.

Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki