image-2000x150px
image-123
image-ads_atlas
image-fbackend

“Çelsi” – “Mançester Siti” matçının taleyini 1 qol həll etdi – VİDEO

image-728x90px

İngiltərə Premyer Liqasında 19-cu tura yekun vurulub.

Turun son matçında “Çelsi” “Mançester Siti”ni qəbul edib.

Londonda baş tutan oyunda azarkeşlər cəmi bir qolun şahidi olublar. Qonaqların yarımmüdafiəçisi Mahrez 63-cü dəqiqədə matçın taleyini həll edən qola imza atıb – 0:1.

Bu nəticədən sonra ikinci yerdə mövqeyini daha da möhkəmlədən Qvardiolanın yetirmələri lider “Arsenal”la xal fərqini azaltmağa müvəffəq olublar. Hazırda 39 xala malik “şəhərlilər”i “topçular”dan 5 xal ayırır.

“Zadəganlar” isə 25 xalla 10-cu sırada qərarlaşıblar.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki