image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

Çempionlar Liqası: Bu gün 1/8 finalın püşkü atılacaq

image-728x90px

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkdə qrup mərhələsini ilk pillədə başa vuran komandalar iştirak edəcəklər. Qrup birinciləri səpələnmişlər, ikinci yeri sahibləri səpələnməmişlər səbətində yer alacaq.

Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar rəqib ola bilməyəcək. Səpələnmişlər səbətində yer alan kollektivlər cavab oyununu evdə keçirəcək.

UEFA Çempionlar Liqası
1/8 final

Səpələnmişlər: “Bavariya” (Almaniya), “Benfika”, “Portu” (Portuqaliya), “Çelsi”, “Mançester Siti”, “Tottenhem” (hamısı İngiltərə), “Napoli” (İtaliya)

Səpələnməmişlər: “Brügge” (Belçika), “Borussiya” (Dortmund), “Ayntraxt”, “Leyptsiq” (hamısı Almaniya), “İnter”, “Milan” (hər ikisi İtaliya), “Liverpul” (İngiltərə), PSJ (Fransa)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki