Ukraynanın mərkəzi hissəsində yerləşən Çerkassı vilayətində partlayış səsləri eşidilib.
Bu barədə Ukraynanın TSN telekanalı məlumat yayıb.
Heç bir təfərrüat verilməyib. Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, bölgədə hava reydləri sirenləri səslənir.
Bundan əvvəl Xarkovda partlayışın baş verməsi barədə məlumat verilmişdi . Ukraynanın şərqində, Dnepropetrovskda da partlayışlar barədə xəbərlər yayılıb.
Mənbə TSN