image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-3backend

“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

image-728x90px

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsinə qələbə ilə başlayıb.

37 yaşlı qrosmeyster final raundunun I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib.

Məmmədyarov rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Təcrübəli şahmatçı II turda polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki