image-n1karobka_ads
image-123
image-chevron-pic_32ratio_1200x800-1200x800-10004backend

Chevron Argentinanın neft-qaz layihəsinə yatırdığı sərmayələrin məbləğini açıqlayıb

image-ad_qayo_720x110px

Amerikanın enerji şirkəti Chevron 2023-cü ilin sonuna qədər Argentinada neft-qaz yatağının işlənməsinə 500 milyon dollara qədər investisiya yatırmaq qərarına gəlib.

TASS xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin iqtisadiyyat naziri Sercio Massa sosial şəbəkələrdə məlumat verib.

“Biz Chevron ilə investisiya proqramında yeni addımlar barədə razılığa gəldik. Gələn həftə onlar El Trapial yatağının işlənməsi üçün 300 milyon dollar köçürəcəklər”, – Massa bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sonuna investisiyaların ümumi həcmi 500 milyon dollara çata bilər.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki