Çinin aparıcı hava yolları — China Southern Airlines, Air China və China Eastern Airlines – ABŞ-ın Rusiya üzərindən həyata keçirilən uçuşlara qadağa qoymaq planına qarşı çıxıb.
Doğru.az xəbər verir ki, China Southern Airlines RİA Novosti-yə açıqlamasında bildirib: “Təklif qəbul olunarsa, bu, ABŞ və Çin arasında sərnişin daşımalarını daha da pozacaq… Bu, ictimai maraqlara ziddir”.
Şirkətin hesablamalarına görə, bu qərar ən azı 2800 sərnişinin biletlərini yenidən bron etməsinə səbəb olacaq.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Çin hökumətini maqnit və digər metallar bazarında monopoliya yaratmaqda ittiham edib və Çindən idxal edilən bütün mallara 100 faiz rüsum tətbiq ediləcəyini bəyan edib.
DOĞRU.AZ