Çinin elektrikli avtomobil startapı WM Motor çətin bazar şərtləri fonunda müflis olub.
Bildirilir ki, texnologiya nəhəngi Baidu Inc. tərəfindən dəstəklənən WM Motor son aylarda maliyyə çətinlikləri ilə üzləşib. Problemlər koronavirus pandemiyası fonunda, həmçinin xammalın qiymətlərinin artması və çipslərin kəskin çatışmazlığı səbəbindən yaranıb.
Şirkət Çin üzrə 100-dən çox dilerdə öz avtomobillərinə müntəzəm texniki xidmət göstərməyi davam etdirməyi planlaşdırır. Brendin gələcək taleyi ilə bağlı hələ heç nə məlum deyil.
Mənbə: Reuters