image-n1karobka_ads
image-123
image-upload-2023-09-20t154729z_380856615_rc2fc3ajuztf_rtrmadp_3_ukraine-crisis-un-pic_32ratio_1200x800-1200x800-98689backend

Çin dünya ictimaiyyətini birtərəfli sanksiyaları boykot etməyə dəvət edib

Çin beynəlxalq münasibətlərə ciddi ziyan vuran birtərəfli sanksiyaları boykot etməyi təklif edib.

TASS xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədr müavini Han Çjen deyib.

“Qeyri-qanuni birtərəfli sanksiyalar beynəlxalq münasibətlərdə harmoniya və sabitliyi ciddi şəkildə pozur… Dünya birliyinin üzvləri bunu birgə boykot etməlidirlər”, – deyə o bildirib.

Onun sözlərinə görə, Pekin hegemonluğa və məcburiyyət siyasətinə qarşıdır. Sədr müavini bütün dövlətlərin suverenliyinə hörmət edilməsinin və BMT Nizamnaməsinə sadiqliyin zəruriliyini vurğulayıb.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki