Pekin regiona 66 milyard yuan (təxminən 9,2 milyard dollar) kredit xətti verməklə Latın Amerikası ilə iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir.
TASS bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpinin sözlərinə istinadən xəbər verir.
Agentlik Çin liderinin sözlərindən sitat gətirir: “Çin Latın Amerikası tərəfinə 66 milyard yuan kredit xətti verəcək”.
Si Cinpinin sözlərinə görə, Pekin Latın Amerikasından yüksək keyfiyyətli məhsulların idxalını da artırmaq və onun iqtisadiyyatına investisiya artımını stimullaşdırmaq niyyətindədir.
Bundan əvvəl Çin aviaşirkətləri Amerika istehsalı olan təyyarələrin alınmasına qoyulan qadağanın aradan qaldırıldığı barədə bildiriş almışdılar.
DOĞRU.AZ