2020-ci ildə qurulan Çin biotexnoloji şirkəti CellX çərşənbə günü laboratoriya şəraitində heyvan hüceyrələrindən yetişdirilən ətin təqdimatını və dequstasiyasını keçirib.
Bu barədə Reuters xəbər verir.
Tədbir Şanxayın kənarındakı sənaye parkında hökumət nümayəndələrinin, investorların və mətbuatın iştirakı ilə baş tutub. Qonaqlara laboratoriya ətindən yeməklər, o cümlədən kabab və qiymə ilə tofu təklif olunub.
CellX-in təsisçisi və baş direktoru Yang Yanqın sözlərinə görə, bu cür yeməklərin istehsal dəyəri hazırda bir porsiya üçün 100 yuandan (təxminən 14 dollar) azdır.
Nəşr qeyd edir ki, şirkət Çində mədəni ət sahəsində liderlərdən biridir – bu perspektivli sənaye laboratoriyada ət yetişdirməklə heyvan məhsullarına davamlı alternativ yaratmaq üçün nəzərdə tutulmuşdur.
Mənbə: Reuters