“Global Times” yazır ki, Şərqi Çin Normal Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin kiçik elmi işçisi Cui Henq deyib ki, yük daşımalarının şəffaflığı taxıl müqaviləsini bərpa etməyə kömək edəcək.
Cui hesab edir ki, ərzaq daşınması ilə bağlı müqavilə bağlamaq özlüyündə çətin məsələ deyil.
Cui yazır: “Məsələ, mexanizmin şəffaflığını təmin etmək üçün hər iki tərəf üçün məqbul bir şəkildə onun icrasına necə nəzarət etməkdir”.
Ekspertin fikrincə, taxıl sövdələşməsinin uğuru tamamilə ABŞ-ın rəhbərlik etdiyi Qərbin hərəkətlərindən və ədalətli üçüncü tərəf nəzarət mexanizminin yaradılmasından asılıdır.
Mənbə: Sabah